Londonda magistr olan tələbə ilə MÜSAHİBƏ

 Namiq

Hər vaxtınız xeyir olsun, dəyərli oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) artıq başa çatmışdır və yekun vurmaq vaxtı gəlib çatmışdır. DP çərçivəsində müsahibə mərhələsindən uğurla keçən növbəti tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də Читать далее

DP hesabına Birmingemdə oxuyan qızla MÜSAHİBƏ

Nermin Kerimli - 1

Hər vaxtınız xeyir olsun! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən növbəti tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz (şərhlər bölməsində). Buyurun, tanış olun, bu gün müsahibəmin qonağı Читать далее

DAAD-la Almaniyada magistr oxuyan tələbə ilə MÜSAHİBƏ

Kamran Mehdiyev

Hər vaxtınız xeyir, əziz oxucular!  Bu dəfəki yazıda Almaniyada təhsil haqqında yaxından məlumat əldə edəcəyik. 31 oktyabr DAAD (Almaniya Akademik Mübadilə Xidməti) xətti ilə müraciət edib təqaüd almaq üçün sonuncu gündür. Bunu nəzərə alaraq oxuculara və tələbələrə faydalı ola biləcək müsahibə hazırlamağa qərar verdim. Müsahibim DAAD-la hazırda magistr təhsili alır. Gəlin onunla yaxından tanış olaq.

 

 

  • Salam, zəhmət olmazsa, özünü oxuculara təqdim et.
  • Salam, adım Kamran Mehdiyevdir. 1993-cu ildə Ağdaş rayonunda anadan olmuşam, orta təhsilimi Yevlax rayonu 9 saylı orta məktəbdə almışam. Daha sonra Qafqaz Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Biznesin İdarəedilməsi” (Business Administration) bölməsindən məzun olmuşam.
  • Xaricdə təhsil müasir gəncliyə niyə bu qədər maraqlıdır? Sən nəyə görə məhz xaricdə təhsil almaq istəyirdin?
  • Fikrimcə, bu ən əsas təhsilin keyfiyyəti ilə bağlıdır. Son illər ölkəmizdə universitetlərin təqdim etdiyi təhsilin keyfiyyəti artmaqda olsa da, hələlik istənilən səviyyədə deyil. Bizim insanlarımız elmə çox həvəslidirlər, digər bir yandan isə ölkədə demək olar hər sahədə rəqabət çox güclənib, artıq yaxşı iş tapmaq üçün gərək digərlərindən özünü necəsə fərqləndirə biləsən. Məhz buna görədir ki, xaricdə təhsilə maraq bu qədər böyükdür.

Mənə gəldikdə ailəmizdə təhsilə maraq həmişə yüksək olub. Bunun nəticəsi kimi, zənnimcə, Azərbaycanın ən yaxşı ali təhsil ocağına daxil olub bakalavr təhsilimi orda başa vura bilmişəm. Universitet illərində müəllimlərimdən biri belə bir söz işlətmişdiki: “Əgər universitetdə oxumaq tələbəyə çətin gəlmirsə, demək tələbə irəliləmir”. Məhz buna görə, yəni daha keyfiyyətli təhsil ala bilmək, daha böyük çətinliklərin öhdəsindən gələ bilmək üçün bu addım mənim üçün vacib idi.

  • Seçimində hansı ölkələr var idi və nəyə görə Almaniyanı seçdin?
  • Seçimimdə Böyük Britaniya, və Almaniya universitetləri var idi. Qlazqo (Glasgow), Edinburq və digər universitetlərindən qəbul almışdım, hətta Glasgow-da oxumaq üçün Xaricdə Təhsil üzrə Dövlət proqramından belə təqaüd almışdım, amma son qərarım Almaniya oldu. Almaniyada təhsil alan tələbələrdən soruşub burdaki təhsilin vəziyyətini araşdırdım. Məni ən çox cəlb edən Almaniyada Böyük Britaniyadan fərqli olaraq tələbələrə işləmək üçün icazənin verilməsi oldu ki, bu da burdakı şirkətlərdə təcrübə keçməyə imkan yaradır. Digər tərəfdən Alman dilini öyrənmək perspektivi də kifayət qədər böyük üstünlükdür. Sonda Almaniyada təhsil almaq üçün Alman Akademik Mübadilə Xidməti (DAAD) mənimlə birlikdə bir nəçə tələbəyə təqaüd ayırdı və məndə bu fürsətdən yaralandım.

-Hazırda hansı universitetdə və fakültədə oxuyursan? İxtisasın adı necədir və nəyə görə məhz bu ixtisası seçmisən?

—  Hazırda Almaniyanın Maqdeburq şəhərində Otto Von Guericke Universitetinin “Beynəlxalq İqtisadiyyat və Maliyyə” proqramının “Maliyyə” ixtisasında təhsil alıram. Bakalavr illərimdən maliyyəyə marağım olub, bununla yanaşı bu sektorda imkanlar  demək olarki məhdudsuzdur. Fikrimcə, çox çalışıb uğur qazanmaq olar.

  • DAAD haqqında nə vaxtdan xəbərdar idin və haradan məlumat almısan?
  • DAAD haqqında ilk dəfə təxminən 2 il bundan öncə eşitmişdim. O zaman Qafqaz Universitetinə görüşə gəlmişdilər. Qeyd edimki bu ilki DAAD-in seçdiyi tələbələrin yarısından çoxu bu universitetdən idi və nəticə kimi DAAD Qafqaz Universitetinin tələbələrindən çox razıdır. Tələbərini bunu dəyərləndirməyə çağırıram.
  • DAAD neçə mərhələdən ibarətdir? Sən universitetləri seçmək mərhələsində hansı çətinliklərlə üzləşdin (oxuculara məsləhətlər ver universitetləri seçəndə nəyə fikir versinlər)?
  • Seçim mərhələsi əsas iki mərhələdən ibarət olur; birinci müsahibəyə seçim və ikinci müsahibə. İlk öncə üniversitetlərin seçimində diqqətli olmaq lazımdır. Tələblərinə cavab vermədyiniz universitetləri qətiyyən seçməyin. Misal üçün universitetin tələblərində Alman dili üzrə sertifikat və ya GMAT, GRE kimi testlər ola bilər. Əgər sizdə bunlar yoxdursa, o universitetləri seçmək mənasızdır və imtina cavabı alacaqsınız. Əslində əgər müraciət zamanı DAAD Bakı ofisinin internet səhifəsindəki yazılara əməl edilsə tamamilə problemsiz və zamanında müraciəti başa çatdırmaq olar. Digər vacib məsələ universitetlərin seçimi ilə bağlıdır ki, bu zaman https://www.study-in.de internet səhifəsi çox xeyirlidi. Burada demək olar ki, Almaniyada mövcud olan bütün universitetlər və təhsil proqramları var. Əsas diqqət yetiriləsi məqam oxuyacağınız proqramının təhsil xərclərinin dönəm üçün 500 Avrodan artıq olmamasıdır ki, DAAD bunu qarşılamır. Yalnız Almaniyada əksər universitetlərdə təhsil pulsuz olduğu üçün bu çox da problem olmur. Digər vacib məsələ təhsil almaq istədiyiniz proqramın strukturudur, yəni keçəcəyiniz dərslər. Fikrimcə ilk addım təhsil haqqı və proqram strukturuna görə mümkün qədər çox universitet seçməkdi. Bundan sonra universitetin yerləşdiyi şəhər, oradaki yaşama xərcləri, tələbə həyatı, universitetin reputasiyası kimi faktorları nəzərə alaraq seçdiyiniz proqram sayını 3-ə endirmək lazımdır. Məsləhət görərdim ki, birinci seçiminizə çox qəbul olmaq istədiyiniz, yalnız qəbul ediləcəyinizdən tam əmin olmadığınız proqramın adını yazasınız. Ikinci seçim kimi qəbul ediləcəyinizdən əmin olduğunuz proqramı seçin. Və nəhayət sonuncu, 3-cü seçim isə qəbul olacağınızdan heç bir şübhənizin olmadığı proqramı seçin. Beləliklə, universitetlərdən qəbul məktubu alacağınızı zəmanət altına almış olarsınız.
  • Gələk müsahibə mərhələsinə. Müsahibə hansı dildə keçdi, necə hazırlaşdın, bir az bu barədə danış.
  • Əgər bütün sənədləri düzgün doldurmusunuzsa və müsabiqənin tələblərinə cavab verirsinizsə, müsahibəyə seçilmək şansınız kifayət qədər böyükdür. Müsahibə özü sizin seçiminizdən asılı olaraq ya ingiliscə ya da almanca olur. Yəni əgər almanca təhsil almağı seçsəniz, o zaman müsahibə də təbii ki alman dilində olacaq. Mənim müsahibəm ingilis dilində keçdi. Müsahibəni Almaniyadan gəlmiş professor heyəti keçirdir. Çətin suallara hazır olmaq lazımdır. Bəzi sualların cavabını bilmiyə bilərsiniz. Mənə verilən bir sualı ümümiyyətlə biz universitetdə keçməmişdik. Bu kimi hallarda, məncə, özünüzü itirməyib sualın cavabını bilmədiyinizi və yaxud bu sualın sizin təhsil proqramınızda keçilmədiyini deyə bilərsiniz. Mənim halımda mən yerindəcə mənə bu sualı verən professordan sualın cavabını soruşdum, o da öz növbəsində çox maraqla cavabı mənə izah etdi. Yəni qorxmalı bir şey yoxdur.

Müsahibəyə getmədən öncə müraciət etdiyiniz sahədən asılı olaraq universitetdə keçdiyiniz dərsləri təkrarlamaq məsləhətdir. Çünki əksər suallar daha çox nəzəri olur və sadə məntiqlə cavab vermək mümkün olmur.

  • Müsahibəyə hazırlaşanlara nə məsləhət verə bilərsən?
  • Müsahibəyə ən azı 1 həftə öncədən hazırlaşmağa başlıyın. Sonuncu kurs dərsləri ilə bağlı bu bəzən çətin ola bilər, ona görə özünüzə gündəlik cədvəllər qurun və onlara uyğun olaraq bacardığınız qədər səylə çalışın. Təbii ki, alman dəqiqliyini nəzərə alaraq müsahibəyə bir qədər vaxtından əvvəl gəlin J   Uğurlar!
  • Dolğun müsahibəyə görə təşəkkürlər!

Faydalı linklər:
www.daad.baku.az
https://www.facebook.com/DAAD-Baku-1393516830877105/
http://studyin.de 

DP ilə İngiltərədə magistr olan qızla MÜSAHİBƏ

DP Leyla

Salam, hər vaxtınız xeyir olsun, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) artıq bu il başa çatdı. Təhsil naziri Mikayıl Cabbarovun dediyinə görə 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Ancaq DP-nin işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirəm. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürəm. Gəlin müsahibimlə yaxından tanış olaq.

 

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin və özünüz haqqınızda məlumat verin.

— Mən, Qasımova Leyla Rəsul qizi, 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-ci ildə İ.Tağıyev adına orta məktəbi bitirmişəm. 2008-ci ildə Azərbaycanın nüfüzlu universitetlərindən biri olan Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə daxil olmuşam və 2013-cü ildə ali məktəbi uğurlu göstəricilərlə başa vurmuşam. Bəlkədə sual yaranacaq niyə məhz iki ildən sonra ali məktəbə sənəd vermişəm. Bunun başlıca səbəbi ailədən gələn təzyiqlər olub. Bizim ailədə qızlar ən çoxu 5-6-cı sinifə kimi təhsil alıblar və qız uşağının oxumağına həmişə etiraz olub. Ailə dedikdə mən atamı və anamı təkcə nəzərdə tutmuram, cünki bir çox azərbaycan ailələrində bir gəncin gələcək qərarlarında əmilər, dayılar və s. ailə üzvləri söz hüququna malikdirlər. Atam və anam ailədən gələn təzyiqlərə baxmayaraq mənim təhsilimdə mənə həmişə dəstək olublar. Məktəbi bitirdikdən sonra ali təhsil almağımda bir çox manelər olduğunu bilməyimə baxmayaraq, gecələr və yaxud boş vaxtlarımda oxuyurdum. Heç vaxt ümüdümü üzmürdüm və gələcəyə inamla baxırdım. İki ildən sonra mən qərar verdim ki, mən ali məktəbə sənəd verəcəm, bir çoxları ümüd edirdilər ki, bu qədər fasilədən sonra mən keçid balını belə yığa bilməyəcəm. Lakin mənim gizlicə və gecələr oxumağımın nəticəsi olaraq  mən yüksək balla ali məktəbə qəbul odum.  Universitetdə oxuduğum illər qrupun ən yaxşı və çalışqan tələbəsi idim.

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— Mən, təhsilimi İngiltərərdə davam etdirmək fikrində idim və bunada nail oldum. İngiltərədə təhsilin tam praktik formada olması məni cəlb etdi. Niyə məhz, Mançester Universiteti sualınıda belə cavablandırardım ki, Mançester Universiteti dünyada tədqiqatlar, yüksək öyrətmə, tələbə təcrübəsi və sosial məsuliyyətə əsasən ən qabaqcıl universitetlərdən biridir. Beynəlxalq sıralamada Mançester Universiteti hər il demək olar ki, £ 890 mln dövriyyəsi olan Böyük Britaniyanın ən böyük universitetlərindən biri sayılır.

— Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

— Bakı Dövlət Universitetində təhsil aldığım dövrdə bir çox sahələrdə idarəçilik funksiyasını həyata keçirtdiyimə görə idərəçilik sahəsinə marağım getdikcə artırdı. Bakalavr təhsilimi bitirdikdən sonra təhsilimin ikinci pilləsini məhz idarəçilik üzrə davam etdirməyə qərar verdim. Məhz təhsili önəmli amillərdən biri hesab etdiyim üçün və eyni zamanda ailəmizdə ədət-ənənəyə əsasən qızların oxumaq hüququnun az olmasını nəzərə alaraq Təhsilin İdarə olunması ixtisasını seçdim.

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

— DP müsahibəsi mənim üçün çox önəmli idi, çünki gələcək planlarım müsahibənin nəticəsi ilə bağlı idi. Bunları nəzərə alaraq cavablarımda və arqumentlərimdə əminlik göstərməyə çalışırdım və münsiflər heyəti üçün sual yaradacaq qaranlıq məsələlərə aydınlıq gətirirdim. Müsahibədə ilk əsas suallar niyə Mançester Universitetini seçmisiniz? Niyə məhz bu ixtisas? Gələcəkdə bu ixtisasla Azərbaycanda nə kimi yeniliklər etməyi planlaşdırırsınız? Vəə bu suallara cavablardan yaranan suallar. İxtisas seçimimdədə problemləri nəzərə alaraq Təhsilin İdarə olunmasına üstünlük vermişəm. DP seçimi zamanı mənə sual veriləndə ki, niyə məhz bu ixtisası mən öz təcrübəmə əsaslanaraq cavab verdim. Azərbaycanda qızlar və oğlanlar üçün təhsil almaq məcburi olmasına baxmayaraq, Bakının bir çox kəndlərində və bölgələrimizdə qızlar təhsildən yayınıllar və bu da erkən nigahlara, boşanmalara və digər qadın hüquqlarının pozulmasına gətirib çıxarır. Təhsilimizin bu hissəsində olan boşluq hələki davam etməkdədir. Bu gün cəmiyyətimizdə bir çox qadın probləmlərini nəzərə alaraq təhsilin qızlarımıza vacibliyi bildirmək istərdim. Yalnız qızlarımız üçün təhsil almaq imkanı yaratmaqla gələcəkdə bu problemlərin qarşısını almaq mümkündür. Təhsilimizdə olan bu problemləri və boşluqları aradan qaldırmaq üçün mənim bu ixtisas üzrə təhsil almağımın vacibliyini bildirdim. Bu məsələdən sonra münsiflər heyəti mənə yeni bir sual ünvanladılar. Siz bilirsiniz ki, təhsil sistemində idarəcilik pozisiyasına gəlmək üçün sizin beş il təhsil sistemində təcrübəniz olmalıdır? Dedim bəli bilirəm və mən bunları qəbul edirəm və inanıram ki, gələcəkdə təhsilimizdə uğurlu inkişaflara imza atacam.

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Müsahibənin cavabları on gün ərzində bəlli oldu. Münsiflər heyəti üç şəxsdən ibarət idi. Gənc olmalarına baxmayaraq müxtəlif ixtisaslar üzrə anlayışları var idi və məhz o sahələr üzrə suallar verirdilər. Musahibə iki dildə keçdi Azərbaycan və İngilis, lakin üstünlük ingilis dilinə verildi.

Hər yeni addımda olduğu kimi bu müsahibədə mənim üçün həyacansız keçmədi. Əlbətdəki, həyacanı dəf etməyə çalışırdım, çünki fikirlərimi tam aydın şəkildə çatdırmaqda mənə mane olacağından çəkinirdim. Eyni zamanda həyəcan özünə inamı azaldır və qarşındakı insan bunu hiss etdikdə sənin haqqında qərarlarına mənfi təsir edir. Bunları nəzərə alaraq özümü psixoloji cəhətdən hər bir suala hazır etmişdim və sualları cavablandıranda və fikirlərimi çatdıranda əminlik göstərirdim. Ən əsası odur ki, dediyin fikirdən qorxmayasan və müstəqillik görsədəsən. Hər bir dediyin cavaba sualla yanaşacaqlarını nəzərə alıb arqumenti formalaşdırmaq lazımdır.

Müsahibədə iştirak edəcək gənclərə tövsiyyəm odur ki, müsahibəyə gedərkən heçnədən çəkinməyin, ozünüzə güvəni artırın və əgər, siz, Azərbaycanı təmsil etmək üçün bu addımı atırsınız fikri ilə müsahibəyə girsəniz Sizi əmin edirəm musahibədən yüksək nəticə ilə çıxacaqsınız. Əziz gənclər Sizlərə bu önəmli addımda uğurlar arzu edirəm və təhsilə gedən qapılarınızın açılmasını diləyirəm.

-DP haqqında bir çoxları tərəfindən narazılıq ifadə olunur. Hətta ABŞ Dövlət Departamentinin  2014-cü ilə olan “İnsan haqları” hesabatında DP-nin bəzi hallarda qərəzli olmağı və siyasi mənsubiyyəti nəzərə aldığını qeyd edilib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

— Bəli, düzdü DP müsahibə nəticələri zamanında qeyri-şəffaflıq olduğundan bir çoxları şikayət edir. Əgər DP iştirakçısı bütün tələblərə cavab verirsə çəkinmədən öz huquqlarını və butün anlaşılmazlıqlara aydınlıq gətirilməsini tələb etməlidir.

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək işlərinizdə sizə uğurlar!

— Təşəkkürlər!!!

Aberdində DP hesabına oxuyan qızla MÜSAHİBƏ

Farah

Hər vaxtınız xeyir, əziz oxucularım! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Gəlin müsahibimlə yaxından Читать далее

DP ilə Nyukaslda bakalavr olan və BP-də işləyən tələbə ilə MÜSAHİBƏ

Sarkhan

Salam, hər vaxtınız xeyir olsun, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) artıq bu il başa çatdı, ancaq onun işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirəm. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürəm. Bu dəfəki müsahibim digərlərindən fərqlənir, çünki artıq təhsilini başa vurub və nüfuzlu iş yeri tapa bilib Читать далее

DP hesabına Nyukaslda oxuyan qızla MÜSAHİBƏ

Lamiye Ezizli

Salam, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən tələbərlə müsahibələrdən daha birini təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Müsahibimlə Читать далее

DP ilə ABŞ-da təhsil alan tələbə ilə MÜSAHİBƏ

Huseyn Abdulla

Hər vaxtınız xeyir, əziz oxucularım! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsindən uğurla keçən daha bir  tələbə ilə müsahibəni təqdim edirəm. Əgər sizin də tanığınız tələbələr varsa, mənimlə əlaqə saxlaya bilərsiniz. Bu dəfə müsahibim Azərbaycanın perspektivli tələbələrindən olan Hüseyn Abdulladır.

—  Salam, hər vaxtınız xeyir olsun! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin və özünüz haqqınızda qısa məlumat verin.

-Salam! Adım Hüseyndir, 21 yaşım var, Bakıda doğulub böyümüşəm. 2011-ci ildə Sabunçu rayonu 72 saylı məktəb-liseyi qızıl medalla bitirmişəm.Ardından Prezident təqaüdçüsü kimi Qafqaz Universitetinin ingilis dilində olan “Sənaye Mühəndisliyi” bakalavr proqramına qəbul olmuşam və 2015-ci ildə oradan universitet Birincisi kimi məzun olmuşam. Nacizanə təhsil uğurlarımı sadalamaqdan, düzünə desəm, o qədər də xoşuma gəlmir, ancaq məsələ Xaricdə Təhsil üzrə Dövlət Proqramından gedirsə, məni tanımayan oxucuların fikirlərimi dəyərləndirməsi üçün bunun adekvat olduğunu düşünürəm.

-Hüseyn, təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

— İxtisasım üzrə dünyada ən yaxşı təhsil və tədqiqat imkanlarına sahib iki əsas region var deyə düşünürdüm. Bunlar ABŞ və Uzaq Şərq idi. Yerli dilinin ingilis dili olması, təhsil sisteminin struktur baxımından daha yaxın olması və daha beynəlxalq profilə sahib olması (həmçinin sosial cəhətlərdən də) səbəbindən hədəfi ABŞ olaraq müəyyən etdim.

  • Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

Hələ bakalavr ixtisasımı seçərkən də ağlımda Azərbaycan fokuslu bir düşüncə vardı: ölkə sənayesinin inkişafının növbəti mərhələlərində mühüm rollar icra etmək. Təbii ki, bu çox geniş bir əsasdır, ancaq bu bütün təhsil planlarımın xülasəsidir deyə bilərəm. İxtisasım üzrə istər proqramlarının, istərsə də tədqiqat işlərinin keyfiyyətinə görə ən çox fərqlənən universitetlərin bir neçəsindən qəbul təklifi aldım və nəzəri cəhətdən daha dərin proqrama sahib, daha hərtərəfli ixtisaslaşması və ABŞ-ın yüksək texnologiya sənayesi mərkəzi ilə iç-içə olması səbəblərinə görə University of California, Berkeley-i və onun “Sənaye Mühəndisliyi və Əməliyyatların Tədqiqi” magistr proqramını seçdim. Artıq təhsilimə iki həftədən çoxdur ki, başlamışam və seçimimdən hələki razıyam. Ümumiyyətlə, xaricdə təhsil arzusunda olanların təhsil alacaqları ölkə və universitetləri müəyyən edərkən hərtərəfli araşdırmaları, seçimlərinin ən uyğun olmasına özlərini də qarşılarındakıları da inandıra bilmələri zənnimcə çox önəmlidir.

  • İndi isı keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

-Müsahibəyə gedərkən ağlımda bir şey var idi, o da “Bu — həyatımın ən önəmli 15-20 dəqiqələrindən olacaq” idi. Çünki özüm üçün müəyyən etdiyim təhsil və karyera planlarım var idi və onlara gedən yol bu müsahibədən keçirdi. Komissiyada 3 nəfər iştirak edirdi, gizlilik prinsipinə görə adlarını sadalamağı uyğun görmürəm. Lakin müsahibə düzü gözlədiyimdən müsbət mənada fərqli keçdi. Hazırlaşarkən sahəmlə bağlı və daha ümumi nəzəri məqamları bir qədər təkrar etmişdim, lakin gələn suallar faktoloji yox, daha çox məntiqi və strateji əhəmiyyətli idi, hansı ki, bu, müsahibədən olduqca həzz almama səbəb oldu. Düşünürəm ki, yüksək akademik göstəricilərim, qəbul olduğum universitetin prestiji müsahibənin gedişatında rol oynadı, böyük ehtimalla ərizədəki inşam da həmçinin. Belə ki, müsahibə tamamilə ingilis dilində keçdi, və suallar əsasən sahəmlə bağlı əsas strateji, taktiki məsələlər, keçmişdən bu günə sənaye idarəetməsindəki yanaşmalar, xüsusilə həmin məqamların ölkə sənayesinə tətbiq imkanları, Azərbaycanda son illərdə qurulmuş sənaye müəssisələri, potensialları, problemləri məsələləri üstünlük təşkil etdi. Həmçinin, təbii ki, gələcək planlarımla bağlı çoxlu suallar oldu, bəzi məqamlarda psixoloji suallar da olurdu, hansı ki, hiss edirdim ki, məqsəd inşamda qeyd etdiyim planları həyata keçirməyə nə dərəcədə qərarlı olduğumu yoxlamaq idi. Ümumiyyətlə, zənnimcə müsahibədə verilən bir çox sualların məqsədi psixoloji möhkəmliyi və özünüifadə qabiliyyətini yoxlamaqdır, nəinki, doğru cavabı almaq.

  • Müsahibənin cavabı nə vaxt bəlli olur? Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

-Mənim müsahibəmin cavabı 2 həftədə bəlli oldu. Necə hazırlaşmaq barədə konkret tövsiyyələr vermək çətindir, çünki müsahibə komissiyası hər fərdin müsahibəsinə ayrıca hazırlaşır, bunu əminliklə deyə bilərəm. Belə olan təqdirdə, özünüzü komissiya sədri kimi düşünün, və bütün profilinizi eləcə də proqram haqda, seçim meyarları nə varsa qarşınıza toplayıb obyektiv baxın, özünüzü hansı cəhətlərdən bir qədər təzyiq altına sala bilərsiniz, düşünün. Üstünlükləriniz nələrdir, hamsının fərqindəsinizmi? Hansı çatışmazlıqlarınız var, onların əslində üstünlüklərə çevrilə biləcəyinə qarşınızdakını necə inandıra bilərsiniz? Siz bu ixtisası və universiteti, tam səmimi olaraq, niyə seçmişdiniz? İxtisasınız sizin fərdi və ölkənin inkişafı naminə nələr verəcəkdir, bunları özünüzdə qeyd edin. Sahənizdə ölkədə və dünyada baş verən ən son və diqqətəlayiq hadisələrlə maraqlanın. Ən əsası, inşa yazmaqda heç kəsdən kömək istəməyin. Saatlar sərf edin, yazın, pozun, ancaq bunu özünüz edin, bu minvalla bir namizəd kimi özünüzü tam dərk edəcəksiniz. Və intervyuda asanlıqla inşanıza istinad edə biləcəksiniz ki, bu həm qarşınızdakına məqsədlərinizdə dürüst olduğunuz hissi verəcək, həm də sizə məhdud çərçivədə yazı ilə ifadə edə bilmədiklərinizi çatdırmağa kömək edəcək.

  • Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

Mən təşəkkür edirəm. Ümid edirəm ki, nəzərdə tutulduğu kimi 2016-2020-ci illəri əhatə edən proqram da qəbul edilər. Həqiqətən də, xarici tələbələr ölkəmizdə belə bir proqramın mövcudluğunu eşidəndə təəccüblərini gizlədə bilmirlər, hətta müəllimlər də. Bu səbəbdən proqramdan ən məntiqli və məqsədyönlü şəkildə yararlanmalıyıq, daha yüksək nüfuzlu universitetlərə qəbul olmaq hədəf qoyulmalıdır, proqramda nəzərdə tutulan 5 il Azərbaycanda işləmə maddəsinə məcburiyyət, şərt qoşmaq kimi yox, elə hədəflərin əsas bir hissəsi kimi baxılmalıdır. Bu həm də ona görə vacibdir ki, yüksək reytinqli universitetlər öz ölkənizə, öz cəmiyyətinizə xidmət etmək istədiyinizi, bu barədə səlis planlarınızın olduğunu, böyük məsuliyyətlər almağa hazır olduğunuzu görəndə qəbul imkanlarınız daha da artır, çünki ən yaxşı universitetlər bəlkə də ən çox məzunlarının gördüyü işlərə görə tanınır. Hər kəsə gələcək təhsil və peşəkar karyerasında uğurlar!

Erasmus-la Portuqaliyada oxuyan tələbə ilə MÜSAHİBƏ

Vahid Mesimov

Salam, əziz oxucular! Bu dəfə Xaricdə təhsillə bağlı olan bir mövzuya toxunacam. Xaricdə təhsil almaq üçün Avropa İttifaqının Erasmus Mundus adlı proqramından da istifadə edə bilərsiniz. Azərbaycanda bu proqram haqqında çox az məlumat almaq olur. Təəssüflər olsun ki, bəzi universitetlər (məs. BDU) öz tələbələrinə bu proqram haqqında kiçicik də olsa məlumat vermir və tələbələr bəzən təhsilini bitirdikdən sonra proqramın mövcud olduğunu öyrədirlər. Universitetlərdə çalışan şəxslərin dəqiq olaraq işlərinə belə laqeyd yanaşmalarının səbəbini deyə bilmərəm, amma yəqin bu problemə də toxunmaq lazım gələcək. Bu gün müsahibim Erasmus Proqramı ilə Portuqaliyada Читать далее