Birmingemdə DP ilə PhD oxuyan xanımla MÜSAHİBƏ


University-of-Birmingham-logo.jpg

Hər vaxtınız xeyir olsun, əziz oxucular! «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) bu il başa çatdı. Proqram çərçivəsində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın müxtəlif təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Təbii ki, proqramın mövcudluğu və onun imkanlarının olması müsbət haldır. Ümid edirik ki, xaricdə oxuyan tələbələr yaxın gələcəkdə Azərbaycana qayıdıb müsbət töhfələrini verəcəklər. Əfsuslar olsun ki, dövlətin vəsaiti təhsil alanlardan bəzi hissəsi Vətənə qayıdıb Azərbaycan dövlətini daha da möhkəmləndirmək əvəzinə şəxsi maraqları daha üstün tutur və Təhsil Nazirliyi ilə imzalanmış müqavilənin müvafiq bəndlərini pozur. İnanırıq ki, yeni qəbul edilən proqramda bu çatışmazlıqlar aradan qaldırılar və tələbələrin özbaşınalığına yol verilməz.

Ötən 8 ildə  DP-nin işıqlandırılması istənilən səviyyədə olmadığından bu boşluğu doldurmaq lazım olduğunu hesab edirik. Ona görə də mümkün qədər çox DP-dən uğurla keçən və xaricdə təhsil alan və ya almaqda olan tələbələrlə müsahibələr götürürük. DP-nin işıqlandırılması üçün yeni layihələrdən biri yenicə başladılmış “Uğur formulu”dur.  İnanırıq ki, Proqramın nəticələri yaxın müddətdə bizim cəmiyyətə, xüsusi ilə də təhsilini davam etdirən gənclərimizə  təqdim ediləcək. Bu addımlar inkişafda olan dövlətimizin yeni kadrlarla təmin olunmasında mühüm addım ola bilər, gənclərimiz xaricdə təhsil almaqla və Azərbaycana dönməklə cəmiyyətimizi müsbətə doğru dəyişdirə, innovativ ideyalarla zənginləşdirə bilər. İnsan kapitalının yetişdirilməsində belə proqramların rolu əvəzedilməzdir.

İndi isə gəlin müsahibimlə yaxından tanış olaq!

 

 

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

 

—  Salam! Mən, Günel Qasımova, 2005-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşam və 2009-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin  “Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasına” “Funksional analiz” ixtisasi üzrə magistr pilləsinə daxil olmuşam və 2012-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. 2012-ci ildə isə həmin fakültənin “Funksiyalar nəzəriyyəsi və funsional analiz” kafedrasının “Analiz və funksional analiz” ixtisası üzrə dissertantura yolu ilə doktorantıyam. 2012-ci ildən BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasinda yarımştat baş laborantı və saat hesabı qaydada müəllim, 2014-cü ildən ildən isə yarım ştat müəllim vəzifəsində çalışmışam. 2013-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı fondu tərəfindən keçirilən “Gənc alim və mütəxəssislərin ikinci qrant musabiqəsi”nin qalibi olmuşam.

 

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz? Nəyə görə bu ixtisası və universiteti seçmisiniz?

 

 

— Təhsilimi məhz Böyük Britaniyada davam etdirmək istəyirdim və istədiyimə də nail oldum.Bu ixtisas seçməyimin iki səbəbi var birincisi bu ixtisas riyaziyyatın digər fənlərə, məsələn biologiyaya, iqtisadiyyata, kimyaya, maliyyə sahəsinə, mexanikaya və s. tətbiqlərini öyrənir. Mənim üçün də bunları öyrənmək maraqlıdır, çünki riyaziyyatda biz aldığımız nəticələr haqqında deyirik ki, mexanikada və ya fizikada digər sahələrdə tətbiq olunur lakin tətbiqlərini dərindən öyrənmirik. Ümumiyyətlə bu ixtisas Azərbaycanda zəif inkişaf etmişdir. Birmingem (Birmingham) Universitetini seçməyimin əsas səbəbi isə bu universitetdəki riyazi modelləşdirmə ixtisası riyaziyyatin demək olar ki, bütün sahələrə tətbiqlərini öyrənir.

 

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

— Müsahibə çox yaxşı keçdi. Komissiya üç nəfərdən ibarət idi şəxsən heç birini tanımıram.Müsahibə iki dildə, azərbaycan və ingilis dillərində keçdi.

 

 

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

— Mən səhv etmirəmsə iyulun 1-i elektron ərizəni təsdiqlətdirdi, iyulun 6-sı dəqiq yadımdadır müsahibəyə dəvət olundum, iyulun 31-i isə müsahibədən müsbət cavab aldım. Avqust ayının 27-də isə Təhsil Komissiyasından müsbət cavab aldım.

Mən şəxsən müsahibəyə hazırlaşmamışam. Müsahibədə elədə çətin suallar soruşmurlar sadəcə ixtisası yaxşı bilmək və vətənpərvərliklə bağlı suallara cavab vermək lazımdır.

  • Günel xanım, müsahibə verdiyinizə görə təşəkkür edirik!

Оставьте комментарий